“Ankara ilə aramızdakı fikir ayrılığının böhrana səbəb olmasını istəmirik”- Yunanıstan rəsmisi

“Yunanıstan dekabrın 7-də Afinada Baş nazir Kiriakos Mitsotakislə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşə hazırlaşır. Öz suveren hüquqlarımız sahəsində heç bir güzəştə getmək niyyətində deyilik, lakin Ankara ilə aramızdakı fikir ayrılığının böhrana səbəb olmasını istəmirik”.

Azpost.info xəbər verir ki, bunu Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis deyib.

Onun sözlərinə görə, Yunanıstan Baş naziri ilə Türkiyə prezidentinin görüşü və eyni gündə Afinada Əməkdaşlıq Şurasının iclası iki ölkənin dialoq mühitinin möhkəmlənməsinə yönəlmiş daha bir mühüm addım olacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.