Rusiyanın məşhur “Viaqra” qrupunun sabiq üzvü 43 yaşlı Anna Semyonoviç öz bloqunda çimərlik fotolarını paylaşıb. İzləyiciləri Annanı fotoşopdan həddən çox istifadə etməkdə günahlandırıblar.
Azpost.info bildirir ki, ötən il Anna Semyonoviç artıq çəkidən azad olmaq üçün cərrahiyə əməliyyatı keçirib. Amma müğənni yenə də çəki ilə bağlı problemləri bitmir.
Çimərlikdə çəkdirdiyi fotolarda fotoşopu tənqid edənlərə müğənni reaksiya verib. O, yeni fotolar paylaşıb. Burada onun çəki aldığı aydın görünür.
“Bəli, mən nərmə-nazik deyiləm, ətli-canlıyam və bu gözəldir. Özümü sevirəm, qiymət verirəm və hörmət edirəm! Məndə xarizma və artıq olan 7 kiloqram var. Amma onun artıq olduğunu kim iddia edir ki?”-deyə Anna telegram kanalda yazıb.