“Antiterror əməliyyatına başlamaqdan başqa seçimimiz qalmayıb” –TOFİQ ZÜLFÜQAROV

“2020-ci ildəki müharibədən sonra Putin, Makron, Şoltsun bəyanatları göstərir ki, onlar Azərbaycanın Ermənistanın 28 illik hərbi təcavüzünün nəticələrinin tam və birdəfəlik aradan qaldırılmasına yaxınlaşmasından narazıdırlar”.
Azpost.info bildirir ki, bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Sabiq nazirin sözlərinə görə,hazırkı situasiya-“münaqişənin idarə olunması sistemi”nin regiona siyasi təsir rıçağı kimi sıradan çıxması bu liderləri, o cümlədən bir çox ölkələrin siyasətçilərini, deputatları qane etmir.
T.Zülfüqarov bildirib ki, münaqişənin davam etməsini arzulayan xarici oyunçuların məqsədləri Ermənistan hakim elitasının məqsədləri ilə üst-üstə düşür. “Təəccüblüdür ki, erməni elitası regionda qüvvələrin kritik disbalansı səbəbindən məqsədə çatmağın mümkünsüzlüyünü anlasalar da bilərəkdən Ermənistan əhalisini yeni qurbanlara hazırlayır”. 
“Yaranmış vəziyyətdə və Azərbaycan ərazisinin dərinliyində hərbi müqavimət ocaqları saxlamaq cəhdini nəzərə alsaq sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə antiterror əməliyyatı keçirməkdən və digər əraziləri işğaldan azad etməkdən savayı seçimimiz qalmır”-deyə T.Zülfüqarov qeyd edib.
Sabiq nazir deyib ki, sanksiya və qətnamə təhlükəsi ərazi bütövlüyümzün bərpası üçün apardığımız siyasətimizin gerçəkləşdirilməsində əngəl ola bilməz.
Azpost.info
Əvvəlki məqalə

“Ermənistanın mina terroruna göz yummayın!”

Sonrakı məqalə

“Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirəcəyik”