Aprel ayında Azərbaycanda nə qədər neft çıxarılıb? –AÇIQLAMA

2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barrel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunun 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olması nəzərdə tutulurdu.

Əvvəlki məqalə

ABŞ Maliyyə Nazirliyi xarici banklarla Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Sonrakı məqalə

Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək