Araikin qardaşı Ermənistanın Baş qərargah rəisinin sabiq müavinini döyüb –Qarabağa görə

Qarabağın separatçı guruhunun sabiq rəhbəri, Bakıda həbsdə olan Araik Aratunyanın qardaşı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçaturyanı döyüb. 

Azpost.info “Qrapark” qəzeitnə istinadən bildirir ki, restoranda qızışan mübahisə az sonra dava-dalaşa çevrilib.

Davada Tiran Xaçatryandan başqa daha dörd nəfər, o cümlədən Qarabağ separatçılarının sabiq rəhbəri Arayik Arutyunyanın qardaşı Armen Arutyunyan iştirak edib.

Qarabağ erminsinə məxsus restoranda yeyib-içən zaman görüş iştirakçıları Qarabağın süqutundan danışıblar. Söhbət zamanı Tiran Xaçatryan Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə Arayik Arutyunyanı da ittiham edib. Bundan sonra dava düşüb.

Bir-iki gün sonra Tiran Xaçatryan “söhbət” üçün çağırılıb. Görüşə gələn zaman dörd nəfər Xaçatryanın üstünə hücuma keçib.  Xaçatryan da öz növbəsində özünümüdafiə məqsədilə havaya atəş açıb.

Baş verən insidentə görə Xaçatryan bir ay müddətinə həbs edilib.

Azpost.info

 

Əvvəlki məqalə

“Xüsusi hərbi əməliyyat III Dünya müharibəsinin qarşısını aldı”

Sonrakı məqalə

DYP piyadalara müraciət etdi