Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin mart ayında satılan vəsaitin həcmi açıqlanıb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin mart ayı ərzində ARDNF tərəfindən 1 928,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin fevral ayı ilə müqayisədə 3,5 dəfə, ötən ilin mart ayı ilə müqayisədə 3,2 dəfə çoxdur.
“APA-Economics”in apardığı hesablamalara görə, bu ilin yanvar-mart aylarında ARDNF tərəfindən 2 771,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.