Argentina BRİKS-ə üzv olmaqdan imtina etdi- AÇIQLAMA

Argentina 2024-cü il yanvarın 1-dən BRİKS-ə üzv olmaq dəvətindən imtina edəcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin yeni prezidenti Xavyer Mileyin baş iqtisadi müşaviri və xarici işlər naziri postuna namizəd Diana Mondino bildirib.

“BRIKS-ə niyə bu qədər marağın olduğunu bilmirəm. Hazırda Argentinanın hansı üstünlüyə malik olacağını anlamırıq. Daha sonra üstünlük olduğu ortaya çıxsa, biz bunu açıq-aydın təhlil edəcəyik”, – Mondino deyib.

Xavyer Miley də BRİKS-ə qoşulmağa qarşı çıxıb, Çin və Braziliya ilə iş görmək istəmədiyini bəyan edib. Onun sözlərinə görə, Argentina ABŞ və İsraillə iqtisadi yaxınlaşmaya çalışmalıdır.

Bununla belə, Miley BRİKS ölkələri ilə iş aparan bizneslərə müdaxilə etməyəcəyinə söz verib.

“Mən buna qarışmaq fikrində deyiləm, bu, azad bazardır”, – o bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənistan KTMT-nin yardımından imtina edib

Sonrakı məqalə

Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək