Səudiyyə Ərəbistanı millisinin dünya çempionatında Argentinanı məğlub etməsi ölkədə böyük sevinclə qarşılanıb.
Qələbə münasibətilə sabah Asiya ölkəsində rəsmi tətil olacaq.
Argentina üzərindəki qələbədən sonra Səudiyyə rəsmiləri maraqlı bir qərar qəbul edərək, 23 noyabr çərşənbə gününü ölkə daxilində milli bayram elan ediblər.
Qeyd edək ki, sözügedən matçda ərəblər rəqibinə 2:1 hesabı ilə qalib gəlib.