60 yaşlı qadın gözəllik müsabiqəsinin finalına çıxıb –FOTO

Buenos-Ayresdən olan 60 yaşlı jurnalist və hüquqşünas Alexandra Marisa Rodriqes “Miss Argentina” müsabiqəsinin iştirakçılarından biri olub.

Rodriges gözəllik stereotiplərinə meydan oxumağa hazırdır. O, müsabiqədə iştirakını qadınların təkcə xarici görünüşünə görə deyil, həm də istedadına görə qiymətləndiriləcəyi yeni dövrün başlanğıcı adlandırır. Alerxandra jurnalistlərə müsahibəsində bildirib: “Düşünürəm ki, hakimlər mənim inamımı və mənsub olduğum nəslin qadınlarını təmsil etmək istəyimi gördülər”.

Rodriges “Miss Buenos Ayres” titulu uğrunda mübarizədə 34 rəqibini qabaqlayıb.

Müsabiqənin finalı mayın 25-də baş tutacaq və burada Rodriges 18-40 yaş arası rəqiblərlə qarşılaşacaq.

Qeyd edək ki, sentyabrın 24-də Meksikada keçiriləcək “Miss Universe” müsabiqəsi bu yaxınlarda yuxarı yaş həddini qaldırıb. İndi hər yaşda olan qadınlar gözəllik tacı uğrunda mübarizə apara bilər.

 

Əvvəlki məqalə

ABŞ yeni “Qiyamət günü təyyarəsi” hazırlayır

Sonrakı məqalə

Sabah hava necə olacaq?