Arif Hacılı yol hərəkətini pozma ittihamı ilə polis idarəsinə aparılıb

Müsavat Başqanı Arif Hacılı yol hərəkəti qaydalarını pozmaq ittihamı ilə saxlanılıb. 
Azpost.info bildirir ki, bu barədə onun qardaşı Mustafa Hacıbəyli məlumat verib.
Onun sözlərinə görə, Arif Hacılının avtomobili  saat 14:30 radələrində öz evinin yaxınlığında yol polisi tərəfindən saxlanılıb. DYP əməkdaşları ona avtomobili ilə qoşa xətti keçdiyini bildiriblər və bundan sonra Müsavat başqanı polis idarəsinə aparılıb.
Əvvəlki məqalə

“Rusiya təhlükəsizlik məsələlərində Ermənistanı həmişə dəstəkləyib”

Sonrakı məqalə

ABŞ Çini nəzarətdə saxlamaq üçün yeni strateji sənəd hazırlayıb