“Arzuma çatdım…” –Bekhem Messinin "Mayami"yə keçidini şərh etdi

“İnter Mayami”nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messinin Amerika klubuna rəsmi keçidini şərh edib.

Azpost.info klubun saytına istinadən bildirir ki, o, arzusunun gerçəkləşdiyini qeyd edib.

“On il əvvəl, Mayamidə yeni komanda qurmağa başlayanda dedim ki, dünyanın ən böyük oyunçularını bu  şəhərə gətirmək mənim arzumdur. Mən ABŞ-da futbolun inkişafına kömək etmək və LA Galaxy-yə qoşulduğum zaman ambisiyamı bölüşən oyunçuları istədim. Bu gün bu arzu gerçəkləşdi”-deyə keçmiş futbolçu bildirib.

“Mən çox qürur duyuram ki, Leo kalibrli oyunçu klubumuza qoşulur. “İnter Mayami” ailəsinə qoşulmuş yaxşı dostu, heyrətamiz insanı və onun gözəl ailəsini salamlamaqdan çox şadam”-Bekhem deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.