Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ölkəmizdə səfərdə olan bir qrup rusiyalı telejurnalisti qəbul edib.
Azpost.info xəbər verir ki, partiya qərargahında keçirilən görüşdə Asim Mollazadə jurnalistlərə ölkəmizdəki ictimai-siyasi və seçkiqabağı durum, partiyanın 9 fevralda Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq vəziyyəti, seçki platforması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Azərbaycan-Rusiya münasibətlərində prioritet məsələlər, parlamentlərarası əlaqələr barədə ətraflı məlumat verib. Sonra jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə Rusiyanın Birinci, Rossiya 1, NTV, Rossiya-24, Mir və digər telekanallarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, Asim Mollazadə 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizədliyini irəli sürüb.