Astara icra hakimiyyətindən “Ulduz” filminin çəkildiyi tarixi tikilinin dağılmasına reaksiya –"Xüsusi mülkiyyətdir"

Astara rayon icra hakiiyyəti Ərçıvan qəsəbəsində yerləşən tarixi tikilinin dağılması ilə bağlı Azpost.info-nun yazısına reaksiya verib. 

Qeyd edək ki, “Ulduz” filmindən məşhurlaşan Astara rayonu Ərçıvan qəsəbəsində yerləşən tarixi tikili aramsız yağan yağışlar nəticəsində dağılıb.

İcra Hakimiyyətindən Azpost.info-ya daxil olan açıqlamada deyilir ki, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən Ləm yerli əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatında olmaqla xüsusi mülkiyyətdədir: “Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar inşaat-möhkəmləndirmə və abadlıq işləri, onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası aidiyyəti dövlət qurumunun razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır”.

İcra hakimiyyətinin açıqlamasında  qeyd olunub ki, yalnız dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri, onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında aidiyyəti dövlət qurumunun qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır.
Azpost.info
Əvvəlki məqalə

Bakıda gecə 6 avtomobil toqquşub, xəsarət alanlar var

Sonrakı məqalə

Yasamalda su borusu partlayıb, yolda hərəkət dayanıb –