ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosu:

"Nəticələrimizi sabah gunorta elan edəcəyik"
09 Fevral 2020 - 12:01

“Biz işimizə yanvarın 30-u başlamışıq. Bir həftə sonra isə uzunmüddətli xidmət komandası gəldi. Bizim ölkə ərazisində 13 komandamız var. Onlar müşahidəyə başlayıblar. Bundan əlavə, 80 parlament üzvümüz də var”.

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri, səfir Peter Teyler deyib. Teyler hazırda seçki prosesini qiymətləndirdiklərini bildirib: “Birinci qiymətləndirmənin nəticələri sabah günorta keçiriləcək mətbuat konfransında elan ediləcək. Biz seçki prosesini seçki günündən əvvəl, seçki günü ərzində və seçki günündən sonra izləyirik”. (APA)