ATƏT PA -nın sessiyası çərçivəsində Azərbaycandakı seçkilər müzakirə olunacaq

19 Fevral 2020 - 21:36

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının sessiyası çərçivəsində “Jurnalistlərin həbsi və siyasi məhbuslar fonunda Azərbaycanda parlament seçkiləri” mövzusunda paralel müzakirələr keçiriləcək.

Tədbirin təşkilatçısı Azərbaycanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ). RATİ-nin məlumatında deyilir ki, Azərbaycanda cari vəziyyət, jurnalistlərin təhlükəsizliyi məsələsini müzakirə edəcək.

Tədbir İtaliyalı deputat Mauro Del Barbanın dəstəyi ilə keçirilir.

Müzakirələrdə RATİ-nin icraçı direktoru Emin Hüseynov, Beynəlxalq Mətbuat İnstitutunun direktoru Barbara Trionfi, “Sərhədsiz Reportyorlar”ın prezidenti Rubina Mering, korrupsiya əleyhinə nəşrləri ilə məşhur olan Azərbaycanlı bloger Mehman Hüseynov, səfir və Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov iştirak edəcəklər.