ATV-yə yeni İcraçı direktor təyin olunub

30 Dekabr 2019 - 14:32

ATV-də yeni təyinat olub.

Telekanalın mətbuat xidmətindən verilən məlumata görə, “Azad Azərbaycan” MTRK-nın prezidenti Azər Xəlilov, bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.

Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər “ARB Media Qrup”un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb. (apa)