Sabah AVRO-2020-yə start veriləcək. Apasport.az saytının məlumatına görə, sayca 16-cı qitə çempionatı Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək. 31 gün davam edəcək turnirdə qitənin 24 ən güclü komandası çıxış edəcək. Final matçı iyulun 11-də baş tutacaq yarışda ümumilikdə 51 qarşılaşma təşkil olunacaq. Hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq yığmalar 1/8 finala vəsiqələrin sahibini müəyyənləşdirəcək. Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı göstəriciyə malik 4 komanda mükafatlar uğrunda yarışı davam etdirəcək. A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya (meydan sahibi), Uels, İsveçrə B qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka (meydan sahibi), Finlandiya, Belçika, Rusiya (meydan sahibi) C qrupu (Amsterdam/Buxarest): Niderland (meydan sahibi), Ukrayna, Avstriya, Şimali Makedoniya D qrupu (London/Qlazqo): İngiltərə (meydan sahibi), Xorvatiya, Şotlandiya (meydan sahibi), Çexiya E qrupu (Sevilya/Sankt Peterburq): İspaniya (meydan sahibi), İsveç, Polşa, Slovakiya F qrupu (Münhen/Budapeşt): Macarıstan (meydan sahibi), Portuqaliya (son qalib), Fransa, Almaniya (meydan sahibi) Turnirin son qalibi Portuqaliya 5 il öncə qazandığı titulu qorumaq üçün mübarizə aparacaq. 11 təşkilatçı ölkədən 9-u - İtaliya, Danimarka, Rusiya, Niderland, İngiltərə, Şotlandiya, İspaniya, Almaniya və Macarıstan doğma divarlar arasında oynayacaq. Yalnız Azərbaycan və Rumıniya turnirdən kənar qalıb. AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınıb. AVRO-2020-nin təqvimi I tur 11 iyun Roma. A qrupu 23:00. Türkiyə - İtaliya 12 iyun Bakı. A qrupu 17:00. Uels – İsveçrə Kopenhagen. B qrupu 20:00. Danimarka – Finlandiya Sankt-Peterburq. B qrupu 23:00. Belçika - Rusiya 13 iyun London. D qrupu 17:00. İngiltərə - Xorvatiya Buxarest. C qrupu 20:00. Avstriya - Şimali Makedoniya Amsterdam. C qrupu 23:00. Niderland – Ukrayna 14 iyun Qlazqo. D qrupu 17:00. Şotlandiya – Çexiya Sankt-Peterburq. E qrupu 20:00. Polşa - Slovakiya Sevilya. E qrupu 23:00. İspaniya – İsveç 15 iyun Budapeşt. F qrupu 20:00. Macarıstan - Portuqaliya Münhen. F qrupu 23:00. Fransa – Almaniya II tur 16 iyun Sankt-Peterburq. B qrupu 17:00. Finlandiya - Rusiya Bakı. A qrupu 20:00. Türkiyə - Uels Roma. A qrupu 23:00. İtaliya – İsveçrə 17 iyun Buxarest. C qrupu 17:00. Ukrayna - Şimali Makedoniya Kopenhagen. B qrupu 20:00. Danimarka – Belçika Amsterdam. C qrupu 23:00. Niderland – Avstriya 18 iyun Sankt-Peterburq. E qrupu 17:00. İsveç - Slovakiya Qlazqo. D qrupu 20:00. Xorvatiya – Çexiya London. D qrupu 23:00. İngiltərə - Şotlandiya 19 iyun Budapeşt. F qrupu 17:00. Macarıstan – Fransa Münhen. F qrupu 20:00. Portuqaliya - Almaniya Sevilya. E qrupu 23:00. İspaniya – Polşa III tur 20 iyun Roma. A qrupu 20:00. İtaliya – Uels Bakı. A qrupu 20:00. Türkiyə - İsveçrə 21 iyun Amsterdam. C qrupu 20:00. Niderland - Şimali Makedoniya Buxarest. C qrupu 20:00. Avstriya – Ukrayna Sankt-Peterburq. B qrupu 23:00. Finlandiya – Belçika Kopenhagen. B qrupu 23:00. Rusiya - Danimarka 22 iyun London. D qrupu 23:00. Çexiya - İngiltərə Qlazqo. D qrupu 23:00. Xorvatiya - Şotlandiya 23 iyun Sankt-Peterburq. E qrupu 20:00. İsveç – Polşa Sevilya. E qrupu 20:00. Slovakiya - İspaniya Münhen. F qrupu 23:00. Almaniya - Macarıstan Budapeşt. F qrupu 23:00. Fransa - Portuqaliya 1/8 final 26 iyun Amsterdan 1. 20:00. 2A – 2B London 2. 23:00. 1A – 2C 27 iyun Buxarest 3. 20:00. 1C – 3D/E/F Sevilya 4. 23:00. 1B – 3A/D/E/F 28 iyun Kopenhagen 5. 20:00. 2D – 2E Buxarest 6. 23:00. 1F – 3A/B/C 29 iyun London 7. 20:00. 1D – 2F Qlazqo 8. 23:00. 1E – 3A/B/C/D 1/4 final 2 iyul Sankt-Peterburq 9. 20:00. 6-cı cütün qalibi – 5-ci cütün qalibi Münhen 10. 23:00. 4-cü cütün qalibi – 2-ci cütün qalibi 3 iyul Bakı 11. 20:00. 3-cü cütün qalibi – 1-ci cütün qalibi Roma 12. 23:00. 8-ci cütün qalibi – 7-ci cütün qalibi Yarımfinal 6 iyul London 13. 23:00. 10-cu cütün qalibi – 9-cu cütün qalibi 7 iyul 14. 23:00. 12-ci cütün qalibi – 11-ci cütün qalibi Final 11 iyul London 13-cü cütün qalibi – 14-cü cütün qalibi