Avropa Bankının icazəsi ilə Qarabağa həsr olunmuş avro banknotları buraxılıb –FOTO

Avropa Mərkəzi Bankının lisenziyası ilə Qarabağa həsr olunan avro buraxılıb.

Suvenir avro banknotları “Shusha Fortress” layihəsi adı altında Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunub.

Sıfır avro nominalında olan suvenir banknotların buraxılmasında əsas məqsəd 44 günlük zəfər tariximizin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi, işğaldan azad edilmiş əzəli torpaqlarımızın tarixinin, milli, mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

“Shusha Fortress” layihəsinin ideya müəllifləri Balamirzə Cavadov, Şamil Mustafayev, PR və Kommunikasiya rəhbəri Xəyal Azəroğlu, dizayneri isə Rəhim İsmayılovdur.

Xatirə avro nişanının dizayn mövzusu Qarabağın tarixi abidələrinə, flora və faunasına həsr olunmuş, üz tərəfində Şuşa qalası, Qarabağ atı və Xarıbülbül gülü təsvirləri, arxa tərəfində isə Xudavəng monastırı, Cümə məscidi, eyni zamanda Xudafərin körpüsü əks olunub. Sıfır nominallı suvenir avro banknotları yüksək keyfiyyətli xüsusi kağız materialından məhdud sayda çap olunub və dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdədir.

Sözügedən suvenir əsginaslar Avropa Mərkəzi Bankının rəsmi dəzgahlarında çap olunur və əmtəə nişanı kimi qeydiyyata alınır.

Qeyd edək ki, 44 günlük zəfər tarixinə və Qarabağa həsr olunan 0 avro banknotları artıq satışa da çıxarılıb.

Xatırladaq ki, 0 avro nominallı suvenir banknotlar 2015-ci ildən etibarən Riçard Feylin ideyası əsasında çap olunmağa başlayıb. Avropa Mərkəzi Bankının rəsmi icazəsi və lisenziyası ilə çap olunan əsginaslar xüsusi günlərə, dahi şəxslərə və yubileylərə həsr edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağla bağlı üçtərəfli bəyanatlar uğurla icra olunur” –

Sonrakı məqalə

Nursultan Nazarbayev Azərbaycan Prezidentini təbrik edib