İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.
Bu barədə Prezident İlham Əliyevin Polşa Respublikasının Prezidenti Andjey Dudaya ünvanladığı təbrik məktubunda qeyd edilib.