Avropa İttifaqının XİN və müdafiə nazirləri İranla bağlı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri aprelin 22-də planlaşdırılan görüşdə İranın İsrailə hücumu ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel 27 icma ölkəsinin xarici işlər nazirlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı videokonfransından sonra keçirilən brifinqdə deyib.

“Gələn bazar ertəsi Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin planlaşdırılan görüşü olacaq. Biz bu məsələni Fars körfəzindən olan həmkarlarımızla birlikdə müzakirə edəcəyik”, – deyə Avropa İttifaqının ali nümayəndəsi vurğulayıb.

Əvvəlki məqalə

Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib

Sonrakı məqalə

Tbilisidə etiraz aksiyası bərpa olunub