Avropa Komissiyası Azərbaycanda minatəmizləmə işlərinə 8 milyon avro ayracaq

“Minalar həyatın müxtəlif sahələri üçün təhdid yaradır, onun ağır nəticələri ilə insanlar üzləşir”.

Bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Jan Koopman “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” tədbirində deyib.

Avropa Komissiyasının rəsmisi deyib ki, Aİ-yə 10 üzv dövlət bu gün elan edilən təşəbbüsə töhfə verir və buna qoşulanların sayı artacaq.

O əlavə edib ki, təşəbbüsün büdcəsi 8 milyon avro dəyərində olacaq və bu təşəbbüs mina qurbanlarına dəstək, minalarla bağlı maarifləndirmə, minaların təmizlənməsi prosesini əhatə edəcək.

“Biz bu təşəbbüsü daha da irəli aparmağı planlaşdırırıq. Minalar münaqişənin faciəli irslərindən biridir və onun həlli həmrəylik tələb edir”, – Koopman deyib.

Əvvəlki məqalə

Mayın 15-dən ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək

Sonrakı məqalə

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb