Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasına təyin ediləcək namizədlərin yeni siyahısını təsdiqləyib. APA-nın xəbərinə, görə bu barədə Aİ Şurasının saytında məlumat verilib. Avropa İttifaqı Müqaviləsinin (Maastrixt Müqaviləsi) 17-ci maddəsinin 7-ci bəndinə əsasən, namizədlərin siyahısı Avropa İttifaqı Şurası tərəfindən Komissiyanın prezidentin də razılığa əsasən qəbul edilir. Avropa Komissiyasının yeni seçilmiş prezidenti Ursula von der Leyen noyabrın 21-də siyahıya razılıq verib. Yeni siyahıda Böyük Britaniya təmsil olunmur. Son mərhələdə Avropa Parlamenti Komissiyanın tərkibinə ümumilikdə səs verəcək.