Avropa liderlərinin London sammiti başa çatıb

London sammiti
London sammiti

Avropa liderlərinin  London sammiti başa çatıb. Sammit iki saata yaxın davam edib. AzPost xəbər verir ki, Zelenski Kral III Çarlzla görüşmək üçün indi Sandrinqhama gedir və Starmer görüşdən sonra tezliklə mətbuat konfransı keçirməlidir.

Həmçinin Londonda keçirilən sammitdən sonra Ursula fon der Leyen təcili olaraq Avropanın yenidən silahlanmasının zəruri olduğunu və Ukraynaya hərtərəfli təhlükəsizlik zəmanətlərinin verilməli olduğunu bəyan edib.

London sammiti tədbirində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Giorgia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kanada Baş naziri Castin Trüdo və digər yüksək səviyyəli rəsmilər iştirak edirlər.

Sammitin əsas məqsədi Avropanın müdafiə qabiliyyətini gücləndirmək və Ukraynada davamlı sülh üçün yeni yollar müəyyən etməkdir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta vurğulayıb ki, regional sabitliyin qorunması üçün birlik və ortaq strategiyalar vacibdir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.