Avropa Məhkəməsi Azərbaycanla bağlı 11 iş üzrə qərarını elan edib.
Azpost.info bildirir ki, bu barədə vəkil Əsabalı Mustafayev bildirib.
Bu işlər 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması,sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəlidir. Məhkəmə qərarı ilə Ərizəçilərə münasibətdə Konvensiyanın 5,6 və 11-ci maddələrinin pozuntusu tanınıb.
Kompensasiyaların məbləği aşağıdakı kimidir:
1. Arif Hacılı – mənəvi ziyana görə10 000+ hüquqi yardıma görə 1500
2. Fuad Qəhrəmanlı- 10 000+1500
3.Babək Həsənov- 10 000+1500
4.Zülfüqar Eyvazov- 10 000+1500
5. Arif Alışlı 10 000+1500
6. Məhəmməd Məcidli 12 500+2500
7.Tural Abbaslı 10 000
8. Elşən Həsənov 10 000+1500
9.Rüfət Hacıbəyli 10 000+1500
10.Sahib Kərimov 10 000+1500
11. Ülvi Quliyev 10 000+1500
Ə. Mustafayev bildirib ki, bununla da Avropa Məhkəməsində udulmuş işlərin sayı 148 oldu. “Kommunikasiyası bitmiş 60-dan yuxarı iş qərarını, 200-dən artıq iş isə kommunikasiyanın başlanmasını gözləyir”.