“Avropa Parlamentində korrupsiya ittihamlarının sübuta ehtiyacı var”- Almaniya hökuməti

Almaniya
Almaniya

“Almaniya kansleri Olaf Şolts Avropa Parlamentində korrupsiya ilə bağlı xəbərlərdən narahatdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit brifinq zamanı bildirib.

“Federal kansler şübhəsiz ki, bu məlumatları diqqətdə saxlayır. İndi hadisələrin inkişafını gözləmək lazımdır”, – Hebeştreit deyib.

Onun fikrincə, heç bir halda vəziyyətə vaxtından əvvəl qiymət vermək olmaz: “İttihamlar son dərəcə ciddi olduğundan sübuta ehtiyac var. Hər halda bu şübhələr ayrı-ayrı Aİ ölkələri səviyyəsində deyil, Avropa Parlamenti səviyyəsində müzakirə ediləcək”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.