“Avropa İttifaqı rus enerji resurslarından imtina etməklə iqtisadi intihara əl atır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin neft sənayesində vəziyyətlə bağlı bu gün keçirdiyi iclasda deyib.
“Bu gün tamamilə siyasi səbəblər üzündən, şəxsi ambisiyalar və amerikan hökmranlığının təzyiqi altında Avropa ölkələri neft-qaz bazarına yeni-yeni sanksiyalar tətbiq edirlər. Rusiya enerji ehtiyatları ilə birgə Avropanı həmçinin yüksək iqtisadi fəallıq üçün olan imkanlar tərk edəcək. Bu isə intihardır. Əlbəttə, bu Avropa ölkələrinin daxili işidir”.
Putin qeyd edib ki, Avropa uzunmüddətli perspektivdə enerki resurslarının yüksək olduğu regiona çevriləcək.
“Qərb isə yüksək inflyasiyanın məhz bu sanksiyaların bais olduğunu etiraf etməkdən imtina edir və günahkarı kənarda axtarır”.