“Avropa Rusiya ilə müharibəyə hazırlığın ikinci mərhələsinə keçib”- ORBAN

“Avropa Rusiya ilə müharibəyə hazırlığın ikinci mərhələsinə keçid edib”.

Azpost.info xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.

“Müharibə bir gecədə baş vermir, o, üç mərhələdən ibarətdir: müzakirə, hazırlıq və sonra məhv. Biz artıq söhbətlərdən kənara çıxmışıq, indi hazırlıq məsələsini təhlil edirik. Bu o deməkdir ki, biz üçüncü mərhələyə çox yaxınıq”, – Orban deyib.

Orban NATO-nun bütün Avropanı Rusiyaya qarşı müharibəyə sürükləmək istəyini absurd adlandırıb və qeyd edib ki, bu, yanğını odlu silahla söndürməyə bənzəyir.

Macarıstan Baş naziri xatırladıb ki, alyans hərbi deyil, müdafiə ittifaqıdır.

Orban həmçinin bildirib ki, macarlar sülhə sadiqdirlər və Avropanın növbəti müharibəyə tab gətirə biləcəyini düşünmürlər.

Azpost.info

Əvvəlki məqalə

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlandı

Sonrakı məqalə

ABŞ Ukraynaya HIMARS raketi ilə Rusiyanın sərhəd ərazilərini vurmağa icazə verib