Avropa HİV epidemiyasının ən sürətlə artan regionudur.
Azpost.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Direktoru Hans Kluge bildirib.
O, regionun xəstəliklə mübarizə üçün bütün lazımi vasitələrə malik olduğunu da deyib.
“Qəribədir ki, Avropa regionu dünyada ən sürətlə artan HİV epidemiyasını yaşayır. İnsanların 50 faizinə gec diaqnoz qoyulur. Bu tendensiya 10 ildir dəyişməyib. Regionumuzun bir sıra ölkələrində ölüm göstəriciləri qəbuledilməz dərəcədə yüksəkdir”, – Kluge qeyd edib.
“Müasir tibb HİV-i digərləri kimi xroniki xəstəlik kimi təsnif etməyə imkan verir. Bu gün yoluxmuş insanlar virusu başqalarına ötürmədən uzun ömür yaşaya bilərlər”, – ÜST yetkilisi bildirib.
O, hakimiyyətdə olanları cəmiyyəti dəstəkləməyə, HİV-lə mübarizə proqramlarında daha çox iştirak etməyə, o cümlədən maliyyə yardımına çağırıb.
Azpost.info