“Avroviziya-2024” bu şəhərdə keçiriləcək- AÇIQLANDI

Avropa Yayım Birliyi (EBU) və İsveçin SVT yayım şirkəti 2024-cü ildə 68-ci “Avroviziya” mahnı müsabiqəsinin keçirilmə yeri kimi İsveçin Malmö şəhərini seçib.

Azpost.info xəbər verir ki, bu barədə EBU öz saytında məlumat verib.

“Avroviziya” gələn il İsveçdə keçiriləcək, çünki 2023-cü ildə isveçli müğənni Loreen müsabiqənin qalibi olub.

Qeyd edək ki, Malmö şəhəri üçüncü dəfə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

Azpost.info

Əvvəlki məqalə

Albaniya prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Sonrakı məqalə

Qaribaşvili Paşinyana sülh üçün vasitəçiliyə hazır olduğunu deyib