Avstraliya və Danimarka yığmalarının start heyətləri bəlli olub

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının D qrupunun üçüncü turunda qarşılaşacaq Avstraliya və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

Avstraliya yığmasının start heyətində Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk və Kreyq Qudvin yer alıblar.

Danimarka millisinin ilk “11-liy”ində isə meydana Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström və Martin Breytueyt çıxacaqlar.

Qeyd edək ki, “Əl Canub” stadionunda keçiriləcək Avstraliya-Danimarka matçı əlcəzairli hakim Mustafa Qorbal idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.