Avtoqəza protokolları elektron formada tərtib ediləcək

Hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək.

Bu, Milli Məclisin 8 iyulda keçiriləcək iclasının gündəliyinə daxil edilən “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək və həmin protokola elektron çıxış imkanı yaradılacaq.

Əvvəlki məqalə

“Xəzər dənizinin ən aşağı səviyyəsinə çatmağa 80 santimetr var”

Sonrakı məqalə

Metroda balta ilə hədə-qorxu gələn şəxs saxlanılıb –