AXCP parlament seçkiləri ilə bağlı qərar qəbul edib

AXCP növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Azpost.info bildirir ki, bu barədə partiyanın Ali Məclisinin bu günkü iclasında qərar qəbul edilib.
Ali Məclis həmçinin 3 ay ərzində AXCP-nin növbədənkənar qurultayının çağırılması haqqında da qərar verib.
Qurultayı hazırlamaq üçün 21 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.
Ədliyyə Nazirliyi AXCP-yə məktub göndərərək partiya nizamnaməsinin Siyasi partiyalar haqqında qanunun tələblərinə uyğunlaşdırılmasını istəyib.
Növbədənkənar qurultayda AXCP-nin yeni nizamnaməsi qəbul olunacaq.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.