AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü azadlığa buraxıldı

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli azadlığa çıxıb.

Onun cəzası başa çatdığı üçün bu gün 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 ilə endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi baş verib –

Sonrakı məqalə

Erməni katolikosu II Qaregin Bakı Sammitinə niyə gəlmədi?…