“Axmat” xüsusi təyinatlıları aktiv hücuma hazırlığa başladı- Açıqlama

“Axmat” xüsusi təyinatlılarının əsgərləri xüsusi hərbi əməliyyat zonasında yeni əraziyə daxil olub və aktiv hücuma hazırlığa başlayıblar”.

Azpost.info xəbər verir ki, bunu xüsusi təyinatlıların komandiri Apti Alaudinov “Teleqram”da bildirib.

Eyni zamanda o, “Axmat” qüvvələrinin bir hissəsinin həmin ərazidə qaldığını qeyd edib. Hərbçilərin dəqiq hara köçürüldüyünü Alaudinov açıqlamayıb.

“Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə “Axmat” xüsusi təyinatlıları yeni əraziyə köçürülüb. Güc və vasitələrimizin bir hissəsi həmin ərazidə qaldı. Bir alay mənim komandanlığıma həvalə olunub, daha iki alay hazırlanır. Biz aktiv hücum əməliyyatlarına hazırlaşmağa başlayırıq”, – o yazıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.