Azərbaycanda dünya çempionu həbs edildi
Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.
X. Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. X. Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.
X. Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.
Əlaqəli xəbərlər
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
-
Azərbaycan qazı yeni bazara çıxdı – Suriyaya ixrac 2,8 dəfə artıb / TƏHLİL
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
-
Maaşdan tutulan vergi artır - 1000, 1500 manat alanlar nə qədər itirəcək?
Növbəti xəbər yüklənir...