Azərbaycanda son sutkada 330 nəfər COVID-19-dan sağalıb- 164 nəfər yoluxub, 2 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 6960, hazırkı dövrədək isə 2 463 610 test aparılıb.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...