“Azərbaycanda yeddi min nəfər koronavirus testindən keçirilib” - Nazir müavini açıqladı
Yeddi min nəfərdən artıq şəxsin testləri laboratoriyada yoxlanılıb.
Səhiyyə Nazirinin müavini Rahim Əliyev bunu AzTV-nin “Hədəf” verilişində deyib.
Onun sözlərinə görə, hazırda respublika üzrə 10 laboratoriya fəaliyyət göstərir: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları martın əvvəllərində Azərbaycanda səfərdə olan zaman laboratoriyaların biotəhlükəsizliyi və müasir standartlara uyğun fəaliyyəti ilə tanış oldular. Həmin laboratoriyalar kifayət qədər diaqnostik testlərlə təmin edilib. İndiyə kimi yeddi min nəfərdən artıq şəxsin testləri müayinə olunub.
Testlərin cavabı altı saat ərzində hazır olur. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar”.
Nazir müavini qeyd edib ki, arzu edən hər bir şəxs koronavirusla bağlı yoxlamalardan keçə bilməz: “Şübhəli olan şəxslər yoxlana bilər. Kim özündə bu virusun simptomlarını müşahidə edirsə, evə təcili tibbi yardım çağırılır və analiz götürülür”.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...