Azərbaycan hökuməti yanında operativ qərargahın təhlükəsizlik tədbirlərinə əsasən, Rusiyanın bəzi şəhərləri ilə hava əlaqəsi dayandırılıb. TASS-ın xəbərinə görə, bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub. Azərbaycan Hava Yolları tərəfindən Bakı-Ufa-Bakı reysi ilə uçuşlar martın 17-dən etibarən dayandırılır. Ufa ilə yanaşı, Kazan, Surqut, Mineralnıye Vody, Krasnoyarsk və Yekaterinburqa da uçuşlar ləğv edilib.