Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bir erməni əsgər ölüb, biri isə yaralanıb. APA-nın "armenpress.com" saytına istinadən verdiyi xəbərə görə, insident bu gün saat 06:50-də qeydə alınıb. 21 yaşlı Artur Ajamyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb, 20 yaşlı Davit Melikbekyan isə yaralanıb. Araşdırma aparılır.