Azərbaycanın builki “Avroviziya” mahnısı təqdim olunub.
Təmsilçilərimiz Fahree və İlkin Dövlətovun “Özünlə apar” ifası “Avroviziya”nın rəsmi YouTube kanalında yayımlanıb.
Qeyd edək ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.