Azərbaycan bankları “Contact”la pul köçürmələrini dayandırıb

Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

APA-Economics”in yerli banklardan aldığı məlumata görə, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb.

“Contact” qeyd edib ki, bu, bu gün “QIWI Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:

“Hörmətli müştərilər. Rusiya Bankından “QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Contact pulköçürmə sistemi “QIWI Bank”ın məhsullarından biridir.

Əvvəlki məqalə

Moskvada hakim “Vahid Rusiya” partiyasının ofisi yandırılıb

Sonrakı məqalə

“Aİ Rusiyanın hücumuna qarşı könüllülər ordusu yaratmalıdır”