Azərbaycan bu il xaricə qızıl satışından 97 milyon dollar qazanıb

02 Dekabr 2020 - 11:07

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 94,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

“APA-Economics”in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, 2019-cu ildə qızıl ixracının ümumi dəyəri 90,5 mln. dollar təşkil edib. Beləliklə, 2020-ci ildə qızıl ixracı 4,6% artıb.

Qeyd edək ki, təkcə oktyabr ayında Azərbaycan xaricə 9,4 mln. dollarlıq qızıl tədarük edib. Bu, sentyabr ayı ilə müqayisədə 2,7 dəfə, ötən ilin eyni ayı ilə müqayisədə isə 2,3 dəfə azdır.