Bir daha təsdiq edə bilərəm ki, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.
İkitərəfli əlaqələrdə qazanılan nailiyyətləri çox uzun bir yolun başlanğıcı hesab etdiyini söyləyən Azərbaycan Prezidenti vurğulayıb:
“Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir”.