Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər.

Bu barədə Qazaxıstan mediası ölkənin Baş Prokurorluğununa istinadən məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb.

O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib.

Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasına yerləşdirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.