“Azərbaycan İsrail dostluğu müttəfiqliyə yüksəlib” –İsrail Təhlükəsizlik Akademiyası

“Dost və qardaş Azərbaycan dövlətini və xalqını tarixi istiqlaliyyətinin bərpa olunmasının və suverenliyinin 31 illiyi münasibətilə təbrik edirik. Azərbaycan xalqı tarixən qanlı müsibətlərə‚ ağır məşəqqətlərə məruz qalmışdır. Azərbaycan xalqı tarixən haqsızlıqlara‚ yadellilərin hücumlarına məruz qalmış və zaman-zaman öz istiqlaliyyətini itirmişdir. 70 il sovet əsarəti zamanı böyük repressiyalara məruz qalan Azərbaycan xalqı nəhayət ağır imperiya siyasətinə “yox” deyərək, qanlı əsarətdən xilas olmuşdur. 1991-ci ildə Müstəqillik aktı ilə Azərbaycan öz müstəqilliyini bərpa edərək, azadlığına qovuşmuşdur”.

Bu sözlər İsrail Təhlükəsizlik Akademiyasının Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan dövlətinə və xalqına təbrikində yer alır.

Təbrikdə deyilir: “Təsadüfi deyil ki‚ Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz İsrail Dövləti olub. 1991-ci il dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanımış və öz siyasi dəstəyini göstərməyə çalışmışdır. Həmin gündən indiyədək İsrail Dövləti ilə müstəqil Azərbaycan Respublikasının dostluq əlaqələri başlamış və əlaqələr qardaşlıq münasibətlərinə yüksəlmişdir. Azərbaycan İsrailə ən yaxın dost ölkələr sırasındadır. Hətta bu dostluq müttəfiqliyə yüksəlib. İsraillə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində dahi şəxsiyyət Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan və İsrail dövlətləri arasındakı dostluq münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Azərbaycanda heç bir zaman anti-semitizm olmayıb. Azərbaycan xalqı ilə yəhudi xalqı qardaşlaşmış və qohumlaşmış xalqlardır.

Dost və qardaş Azərbaycan Respublikasının və xalqının müstəqillik və suverenlik gününü təbrik edir‚ Azərbaycan xalqına əmin-amanlıq‚ xoşbəxtlik və firavanlıq arzulayırıq”.

Əvvəlki məqalə

“Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik” –

Sonrakı məqalə

Moldovada səfərbərlik elan edilə bilər