“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Müşahidə Şurasının üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru
Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.