Azərbaycan neftinin qiyməti ucuzlaşıb

27 Noyabr 2020 - 10:58

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.