Azərbaycan Ordusunun itkin düşmüş hərbçisinin şəhid olduğu məlum olub

20 Aprel 2021 - 11:35

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin şəhid olduğu məlum olub.

Ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşdüyü bildirilən Hacıqabul rayonu Muğan qəsəbəsinin sakini Kərimli Qalası Müslüm oğlunun nəşi tapılıb.

Hacıqabul rayon İcra Hakimiyyətinin Muğan qəsəbəsi üzrə icra nümayəndəsi Faiq Nəzərov açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, Q. Kərimlinin nəşi sabah gətirilərək dəfn olunacaq. 

Qeyd edək ki, Kərimli Qalası Müslüm oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  Kərimli “Cəsur döyüşçü” medalı ilə təltif edilib.(APA)