Azərbaycan ötən il hərbi xərcləri 17 faiz artırıb –Xarici dövlətlərin müdafiə xərcləri nə qədər olub? (HESABAT)

2020-ci ildə Azərbaycan hərbi xərcləri 17 faiz artırıb. Bu, Şərqi Avropa ölkələri içində ən böyük artım sayılır.

Azpost.info bildirir ki, bu barədə aprelin 26-da Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun yaydığı (SIPRI) hesabatda bildirlirb.

Artım əsasən Ermənistanla 44 günlük müharibə ilə bağlıdır. Ermənistanın hərbi xərcləri isə ötən il 2.6 faiz azalıb.

Azərbaycan hesabatda dünyada hərbi xərc yükü böyük olan 10 ölkə sırasında yer alıb, ÜDM-nin 5.4 faizini orduya xərcləyib. Ermənistanda bu göstərici 4.9 faiz, Rusiyada 4.3 faizdir.

Müqayisə üçün, Oman ÜDM-nin 11 faizini orduya xərcləyib.

2020-ci ildə hərbi xərclərə görə öndə gedən beş ölkə Birləşmiş Ştatlar, Çin, Hindistan, Rusiya və Britaniya olub. Onlar qlobal hərbi xərclərin 62 faizi qədər vəsaiti orduya yönəldiblər.

ABŞ-da hərbi xərclər 778 milyard dollar olub ki, bu da 2019-cu illə müqayisədə 4.4 faiz artım deməkdir. Birləşmiş Ştatlar 2020-ci ildə qlobal hərbi xərclərin 39 faizini əhatələyib. Artıq üçüncü ildir ABŞ-da hərbi xərclər artır.

SIPRI-nın tədqiqatçısı Aleksandra Marksteyner qeyd edir ki, ABŞ-ın hərbi xərclərində artım əsasən ölkənin nüvə arsenalının modernləşdirilməsi kimi uzunmüddətli layihələrin tədqiqatı və inkişafına sərmayələrlə bağlıdır.

Onun sözlərinə görə, bu həm də Çin və Rusiya kimi strateji rəqiblər tərəfindən hiss olunan təhdidlə əlaqədardır.

Çin isə hərbi xərclərə görə dünyada ikinci yerdədir. Çinin ötənilki hərbi xərclərinin 252 milyard dollar, 2019-cu ildən 1.9 faiz çox olduğu bildirilir.

Hindistanın hərbi xərcləri 72.9 milyard, Rusiyanınkı 61.7 milyard dollar olub.

SIPRI 2020-ci ildə NATO-nun üzvlərinin hamısında hərbi yükün artdığını qeyd edir. Alyansın 12 üzvü ÜDM-nin 2 faizini, yaxud ondan artığını hərbiyə xərcləyib və bununla da qurumun tətbiq etdiyi xərcləmə hədəfinə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda karantini pozan meyxanaçılar cərimələnib

Sonrakı məqalə

Ölkədə pensiyaçıların sayı niyə azalıb? –