Azərbaycan qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəkləyir.
Bunu Prezident İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbulu zamanı deyib.
Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.